Milyarder Vardanyan Qarabağ separatçılarının başına gətirilir - KİV

Milyarder Vardanyan Qarabağ separatçılarının başına gətirilir -
Rusiyadan Qarabağa köçən erməni iş adamı Ruben Vardanyan son günlər siyasi dairələrlə fəal görüşlər keçirir.

Gundeminfo.az modern.az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda R.Vardanyanın bu görüşlər vasitəsilə özünü qondarma “dqr”in “dövlət naziri” və ya “baş naziri” təyin etdirmək üçün zəmin hazırladığı, Qarabağ separatçıları üçün məqbul fiqur olduğunu göstərdiyi bildirilir.

Ruben Vardanyan dünən qondarma “dqr”in “təhlükəsizlik naziri” Vitali Balasanyanla, daha əvvəl isə Qarabağ separatçılarının eks-başçıları Bako Saakyan və Arkadi Qukasyanla görüşüb.

Ermənistan mətbuatında yayılan məlumatlarda Ruben Vardanyanın yaxın vaxtlarda başqa görüşlər də keçirəcəyi qeyd edilir.

Məlumatlara görə, çox güman ki, Vardanyan gələn həftə təyinat alacaq. Onun əvvəlcə Qarabağ separatçılarının “prezidenti”nin “baş müşaviri”, sonra isə “dövlət naziri” təyin olunacağını istisna etmirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...