Prezident seçkiləri ilə əlaqədar 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Prezident seçkiləri ilə əlaqədar 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, müşahidəçilər 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...