Etibarlılıq müddəti bitən şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq

Etibarlılıq müddəti bitən şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq
Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər.

“Report”un xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, bu, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır: “Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”.

MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur: “Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən 10 il müddətinə verilir. Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...