Deputat: "Hərbi əməliyyat aparıb 8 kəndi azad etməliyik"

Deputat: "Hərbi əməliyyat aparıb 8 kəndi azad etməliyik"
"Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar".

Qaynarinfo xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır:

"Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb biz hərbi əməliyyat aparıb işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...