“Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəməzdim” – Zaxarova
“Ukraynanı da Qərb şəbəkələrinə cəlb etdilər, gözəl perspektivlər vəd etdilər, amma sonra atdılar. Mən istəməzdim ki, Ermənistanda da belə olsun”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, erməni xalqı sülh içində yaşamağa və vicdansız Qərb siyasətçilərinin oyununa gəlməməyə layiqdir:
“Təkrarlanmasa yaxşıdır. Ümid edirəm ki, belə olmasın, Ermənistanın başına bunun gəlməsini istəməzdim. Ermənistan ən mürəkkəb ərazi mübahisələrini, məsələləri və münaqişələri özündə birləşdirən çətin tarixi yol keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir”.
Zaxarova bildirib ki, Rusiya Ermənistana səmimiyyətlə sülh arzulayır:
“Biz həm bu ölkəyə, xalqa sevgi baxımından, həm də praqmatizm baxımından bu dövlətə sülh, sabitlik və firavanlıq arzulayırıq, çünki bütövlükdə regionun rifahı bundan asılıdır. Amma təəssüf ki, görürük ki, Qərb kifayət qədər oynayıb Ukraynanı sındırıb, yeni qurban axtarmağa başlayıb. Qoy Ermənistan aldadılacaq və şirnikləndiriləcək bu yeni qurbana çevrilməsin”.
Xatırladaq ki, son günlər Ermənistan parlamentinin sədri Alen Simonyanın fikri müzakirələrə səbəb olub. Simonyanın fikrincə, Rusiya sərhədçiləri İrəvan “Zvartnots” hava limanında xidmətini dayandırmalıdırlar. Daha sonra hakim partiya Rusiya sərhədçilərinin aeroportda olması məsələsinin müzakirə gündəmində olduğunu təsdiqləyib.
Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə jurnalistlərə bildirib ki, Ermənistan “Zvartnots” hava limanında müstəqil sərhəd nəzarətini həyata keçirmək üçün lazım olan səlahiyyət səviyyəsinə çatıb və bu barədə artıq Rusiya tərəfinə məlumat verilib.
567 dəfə oxundu