İrakli Qaribaşvili: “Gürcüstan hərbi münaqişəyə cəlb olunma riski var”

İrakli Qaribaşvili: “Gürcüstan hərbi münaqişəyə cəlb olunma riski var”
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbəri, keçmiş baş nazir İrakli Qaribaşvili bildirib ki, ölkə hələ də hərbi münaqişəyə cəlb olunmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq riski ilə üz-üzədir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Zuqdidi şəhərində hakim partiyanın tərəfdarları ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Qaribaşvilinin sözlərinə görə, ölkədə sabitliyin, əmin-amanlığın və iqtisadi inkişafın qorunub saxlanılmasına baxmayaraq, təhlükəsizliklə bağlı 2022 və 2023-cü illərdə mövcud olan risklər və Gürcüstanın müharibəyə cəlb edilməsi, ikinci cəbhənin açılması riski hələ də mövcuddur.

Keçmiş baş nazir vurğulayıb ki, payızda keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsi Gürcüstanda sülhün, sabitliyin və inkişafın qorunması üçün yeganə alternativ həll yoludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...