Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır
Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyada narahatlıq doğurur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Teleqram səhifəsində paylaşım edib.
O bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur: “Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməsinə, orada yeni ayırıcı xətləri yaratmaq, ölkələri anti-Rusiya gündəminə riayət etməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər, hansı ki, bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.
427 dəfə oxundu