Türkiyə yerli seçkiləri: Ardahanda nəticələr ləğv olunub

Türkiyə yerli seçkiləri: Ardahanda nəticələr ləğv olunub
Martın 31-də keçirilmiş yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi Ardahanda Ədalət və İnkişaf Partiyasının (AK Partiya) etirazı ilə seçkilər təkrarlanacaq.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

AK Partiya Şəhər Təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib.

Şura AK Partiyanın ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də baş tutacaq.

Bununla belə, CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Demir Sözcü TV-yə seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib.

Xatırladaq ki, Ardahanda CHP-nin namizədi Faruk Demir 45,06 %, AK Partiya namizədi Yunus Baydar isə 43,51 % səs toplayıb. İki namizəd arasında 174 səs fərqi olub. Şəhər üzrə etibarsız səslərin sayı 620 olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...