“ABŞ və Aİ Ermənistanın KTMT-dən çıxmasına çalışır” – Rusiya XİN
“Rusiya Xarici İşlər Nazirliyi aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-Aİ formatında keçirilən görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Vurğulanır ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında təpki yaratmaq istəyi sabitlik, təhlükəsizlik və region üçün ən mənfi vəziyətlə nəticələnə, yeni ayırıcı xətlərin yaranmasına, habelə gərginliyin idarəolunmaz artmasına səbəb ola bilər:
“Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazdakı son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və AİB-dən (Avrasiya İqtisadi Birliyi – red.) çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin ölkədən çıxarılmasına can atır”.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyini Qərbin aldadıcılığına uymamağa və təhlükəsizlik boşluğuna, iqtisadi problemlərə və əhalinin həyat şəraitinin pisləşməsinə səbəb ola biləcək yol seçməkdən çəkinməyə çağırır:
“Brüsselin təklif etdiyi maliyyə dəstəyi Ermənistanın Rusiya, AİB və MDB ilə əməkdaşlıqdan əldə etdiyi çoxmilyardlı fayda ilə müqayisə oluna bilməz. Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub”.
Xatırladaq ki, aprelin 5-də Brüsseldə Ermənistan-Aİ-ABŞ formatında görüş keçirilib. Görüş iştirakçıları Ermənistanın islahatları və iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
438 dəfə oxundu