Paşinyan üçün gecikmiş dərketmə - İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH
Ermənistan baş naziri Nikol Paşinyan mayın 7-də geniş mətbuat konfransı keçirdi. Hökumət başçısı çıxışı zamanı mühüm məqamlara toxunaraq ölkəsinin xarici siyasətinin regional istiqamətləri ilə bağlı xüsusilə mühüm mesajlar verdi. N.Paşinyan dedi ki, Ermənistan Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfır səviyyəsinə endirməlidir.
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə keçirilən bir sutkalıq antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bundan sonra Cənubi Qafqazda yeni mərhələ başladı. Region sülh və sabitlik dövrünə qədəm qoydu. İndi bölgə üçün əsas çağırış əməkdaşlıq mühitinin təmin olunmasıdır. Görünən odur ki, bunu rəsmi İrəvan da başa düşür.
İş orasındadır ki, bu gün Ermənistan Qərb və Rusiya tərəfindən ciddi təzyiqlərə məruz qalır. Paşinyan hakimiyyəti, belə demək mümkünsə, məngənədə sıxılır. Belə bir şəraitdə Ermənistanın iki böyük güc arasında nəinki siyasi, həm də hərbi poliqona çevrilməsi tamamilə realdır. Həmçinin bu durumda Ermənistanın dövlətçiliyi də sual altına düşüb. Ermənistan iqtidarı hər halda bunu anladığından, yeni “təhlükəsizlik çətiri” axtarır. Mövcud şəraitdə regional əməkdaşlıq mühiti və həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün ən yaxşı təhlükəsizlik qarantı kimi qiymətləndirilir. Çünki regional əməkdaşlıq mühitinin təmin olunması rəsmi İrəvanın iqtisadi cəhətdən Rusiya və Qərbdən asılılığının aradan qaldırılması deməkdir. Bu isə özlüyündə siyasi perspektivə də əhəmiyyətli dərəcədə təsir edəcək. Aydındır ki, qeyd edilən asılılıq olmadıqca, kənar güclərin İrəvana təsir imkanları da azalacaq.
Rəsmi Bakının hərbi-siyasi səyləri nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün unikal şərait yaranıb. Sadəcə olaraq, indi Paşinyan administrasiyası siyasi iradə ortaya qoyaraq qarşıya çıxan fürsətləri düzgün qiymətləndirməlidir.
Düşünmək olar ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində addımlar bundan sonra da atılacaq. Bu isə həm də Ankara-İrəvan əlaqələrinin inkişafına müsbət təsir göstərəcək. Proseslərin bu yöndə inkişafı indiki halda Ermənistana hava-su qədər lazımdır – çünki yalnız bu halda təhlükəsizliyini və müstəqilliyini təmin edə bilər.
N.Paşinyan, həmçinin söylədi ki, Ermənistan noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Görünən odur ki, rəsmi İrəvan da kənar təzyiqləri hiss edir və sülh üçün tələsir. Prinsipcə, noyabr ayına qədər sülh sazişinin imzalanması mümkündür. Əslində, belə bir imkan ötən il də var idi. Amma o zaman üçüncü güclərin müsbət gediaşata destruktiv müdaxiləsi sülh prosesinin ləngiməsinə səbəb oldu. Bu səbəbdən, “başı daşa dəyən” Paşinyanın tarixi təcrübədən dərs çıxarması çox yerinə düşərdi. O, üçüncü güclərin təsiri altına düşməməli, ikitərəfli təmaslara üstünlük verməlidir. Bu, Ermənistan üçün yeganə xilas yoludur.
Maraqlıdır ki, Paşinyan özü də “vasitəçi xidməti”nin səmərəsizliyini etiraf edir. O, dünənki mətbuat konfransında bu barədə konkret danışdı. Baş nazir bildirdi ki, vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün əsas deyil.
“Amma elə vasitəçilik var ki, zaman keçdikcə effektiv olmadığını göstərir, bizim üçün problemlər yaradır”, - Paşinyanın bu fikri Qərb və Rusiyaya ünvanlanan ciddi ismarış idi. Beləliklə, hökumət başçısı indiyə qədər yanlış yolda olduğunu dolayısı ilə etiraf etdi.
Baş nazirin fikrincə, vasitəçilərin təşkilatçılığı ilə baş tutan danışıqlar nədənsə yaxşı getmirsə, bu, təmaslardan imtina etmək anlamına gəlmir. Bu isə o deməkdir ki, artıq Ermənistan hakimiyyəti də ikitərəfli danışıqların daha effektiv olduğunu dərk edir.
Bütün bunları nəzərə alsaq, deməliyik ki, Ermənistan, bəlkə də, inqilibai dəyişikliklər yolundadır. Paşinyan “tunelin sonundakı qatar”ı artıq görür” və vəziyyəti dəyişmək istəyir. Proseslərin bundan sonrakı inkişafı isə böyük mənada İrəvanın siyasi iradəsindən, sözdə deyilənlərin əməldə göstərilməsindən asılıdır.
449 dəfə oxundu