İyunun 7-də Milli Məclis növbədənkənar toplanacaq

İyunun 7-də Milli Məclis növbədənkənar toplanacaq
İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...