Ruslan Əliyev: “Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur”

Ruslan Əliyev: “Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur”
“Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Vətəndaşlar daim qazla təmin olunurlar”. Oxu.Az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O, borc məsələsinə də diqqət çəkərək qeyd edib ki, cari ildə “Azəristiliktəchizat” “Azəriqaz”a borclanmayıb:

“Cari ildə “Azəristiliktəchizat”ın borcu yoxdur. “Azəristiliktəchizat”ın bu il heç bir şikayəti yoxdur. Əvvəlki illərin borclarına isə baxılır. Amma dəqiq rəqəm deyə bilməyəcəyəm, hesablamalar aparılır, müzakirə olunur, dəqiq məlumat yoxdur”.

Qazdan zəhərlənmə hallarından da söz açan Ruslan Əliyev bunun qazın tərkibi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Zəhərlənmələr qazın tərkibi ilə bağlı deyil, dəm qazının havaya ötürülməsi ilə əlaqədardır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...