Şuşa Qoruğundakı İcraçı direktor vəzifəsi Tural Novruzova həvalə olunub

Şuşa Qoruğundakı İcraçı direktor vəzifəsi Tural Novruzova həvalə olunub
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin (İH) sədri vəzifəsi ləğv edildiyindən qurumun İH rəhbəri Məftun Abbasov vəzifəsini itirib. Qurumda yeni yaradılan İcraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq Tural Novruzova tapşırılıb.

"Report" xəbər verir ki, bu ilin oktyabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindəki stuktur dəyişikliyindən sonra İdarənin İdarə Heyətinin sədri vəzifəsi ləğv edilib və əvəzində İdarənin İcraçı direktoru vəzifəsi yaradılıb.

Hazırda İdarənin İcraçı direktoru vəzifəsinə müvəqqəti rəhbərlik İcraçı direktorun müavini Tural Novruzova həvalə olunub. İdarə Heyətinin sədri vəzifəsi isə ləğv edildiyindən avtomatik olaraq Məftun Qurban oğlu Abbasov da vəzifəsini itirib.

Belə ki, bu ilin oktyabrın ayında dövlət başçısının imzaladığı fərmanla İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

Məlumat üçün bildirək ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovdur.

Qeyd edək ki, M.Abbasov ötən ilin iyulun 16-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...