"Ermənistan-İran yaxınlığı "Qurani-Kərim"in ayələrinə ziddir" - Dindarların bəyanatı
İranın son zamanlar yürütdüyü anti-Azərbaycan siyasətinə və Tehranın Ermənistana verdiyi dəstəyə etiraz olaraq Azərbaycanın daha bir neçə şəhər və rayonunun din xadimləri bəyanat qəbul ediblər.
"Report"un Qarabağ bürosunun məlumatına görə, bəyanatı Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri imzalayıblar.
Bəyanatda bildirilib ki, Azərbaycan dövlət-din münasibətlərinin inkişafı və tənzimlənməsi baxımından nümunəvi bir dövlətdir.
Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından böyük önəm daşıyır:
"Fərəhli haldır ki, son illər ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoq, dini dözümlülük və multikulturalizm mövzusunda təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Müasir dünyada qlobal təhlükəsizliyin, o cümlədən, dini təhlükəsizliyin təmin olunması əsas amillərdən biridir. Dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasına təsir edən amillər məhz dini təhlükəsizlik məsələləri ilə sıx bağlıdır".
Vurğulanıb ki, Azərbaycanda dini təhlükəsizliyin təmin edilməsi istiqamətində sistemli, ardıcıl, davamlı və silsilə tədbirlər görülməkdədir.
"Biz - Qarabağ bölgəsindən olan dindarlar bəzi dövlətlərin, xüsusilə də yaxın qonşu olan İranın, mövcud beynəlxalq hüquq və İslamın təməl prinsipləri ilə bir araya sığmayan, Azərbaycan Respublikasına qarşı əsassız təhdidedici bəyanatlarına, iki dövlət arasında mövcud olan sərhəd boyunca həyata keçirdiyi hərbi təlimlərə etirazımızı bildiririk. İranın bu müəmmalı antiazərbaycan və avanturist hərəkətləri İslam dininin sülh, dostluq və qardaşlıq prinsipləri ilə daban-dabana ziddir. Azərbaycanla İranı bir-birinə bağlayan dini və mədəni dəyərlərin tarixi çox qədimdir. Biz hər zaman, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-İran sərhəddini dostluq və qardaşlıq sərhəddi bilmişik", - bəyanatda diqqətə çatdırılıb.
Dindarlar İranın Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana havadarlıq etməsini qınayıb: "Bununla yanaşı, hesab edirik ki, həm siyasi cəhətdən, həm də dini cəhətdən Ermənistan-İran yaxınlığı əsassızdır və İslam dininin əsas kitabı olan “Qurani-Kərim”in müqəddəs ayələrinə ziddir".
Buna görə də, Qarabağ bölgəsinin din xadimləri, birmənalı şəkildə bəyan ediblər ki, Tehranın Azərbaycan-İran sərhədində hərbi təlimləri, İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribat cəhdləri, bu ölkənin ərazisində yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının pozulmasına yönələn ədalətsiz siyasəti, İslamın əsas dəyərləri olan qardaşlıq, dostluq, sülh və əmin-amanlığa ziddir və onlar bu hərəkətləri qətiyyətlə pisləyiblər:
"Necə olur ki, İslam dövləti olan İran öz din qardaşı Azərbaycanı deyil, əksinə Qarabağda mövcud olan 67 məsciddən 65-ni tamamilə məhv etmiş, yüzlərlə məzarlıqlarımızı, tarixi-dini abidələrimizi yararsız hala salmış və müqəddəs İslam dininin haram buyurduğu donuzları məscidlərdə saxlamaqla, onun təməl prinsipinə zidd, düşmənçilik və barbarlıq etmiş Ermənistanı dəstəkləyir və ona himayədarlıq edir? İşğal dövründə İran Şuşadakı tarixi Gövhər Ağa məscidini təmir adı ilə “farslaşdırmağa” cəhd etdi. Qarabağda işğalın davam etdiyi 30 il ərzində İran islam respublikası olaraq bir dəfə də olsun bunu açıq formada pisləmədi, Ermənistan tərəfindən törədilən və XX əsrin faciəsi olan Xocalı faciəsini, erməni quldurları Qaradağlı, Başlıbel və digər yaşayış yerlərinin dinc əhalisini məhv edərkən, ərazilərimiz işğal olunarkən, tarixi-dini abidələr yararsız hala salınarkən Tehran səsi çıxarmadı. Amma Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etdikdən sonra İran birdən-birə Zəngəzur dəhlizi məsələsini “qırmızı xətt” adlandıraraq “qardaşı” Ermənistanın müdafiəsinə qalxdı. Necə ola bilər ki, Ağdam Cümə məscidindən gözətçi məqsədi kimi istifadə edən, heç bir fərq qoymadan, milli və dini mənsubiyyətinə görə azyaşlıları, uşaqları, qocaları, qadınları diri-diri yandıran, müxtəlif əzab və işgəncə ilə öldürən, ömürlük şikəst edən, bir sözlə, əli qan qardaşının - azərbaycanlıların qanına bulaşmış Ermənistan dövləti İrana belə əziz oldu?"
Dindarlar bildiriblər ki, öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi adlandıran İranın bu və digər hərəkətləri bir başa Azərbaycanın dövlət müdafiəsinə qarşı yönəldilmiş təhdiddir:
"Konstitusiyamızda göstərilir ki, din dövlətdən ayrıdır, bizim məscidlərdə və ibadət yerlərində heç bir dövlətə qarşı hər hansı bir təbliğat aparılmır, lakin Vətənimizə qarşı, xalqımıza qarşı, milli-mənəvi dəyərlərimizə və ərazi toxunulmazlığımıza qarşı yönəlmiş istənilən təhdid və böhtanlara qarşı biganə qala bilmərik! Bir daha İran İslam Respublikasının vətənimizə qarşı, heç bir siyasi əsası olmayan təcavüzkar təbliğatını rədd edərək bəyan edirik ki, Azərbaycanın müsəlman dindarları, istənilən vaxtda və şəraitdə daim dövlətçiliyimizə sədaqətliyik və 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, dilindən, dinindən, milli və etnik mənsubiyyətindən asılı olmayaraq dəmir yumruq kimi Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək səfərbər olduğumuzun nümunəsini 44 günlük müddətdə göstərmişik. Biz bu nümunəni hər an təkrar edə bilərik!"
Qeyd edək ki, daha əvvəl Bakıda və daha bir neçə rayonda, eləcə də ölkəmizin Şimal rayonlarında, Qərb rayonlarında və Aran rayonlarında fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.
421 dəfə oxundu