“Tam hicab taxmayanlar dinsizlikdə ittiham olunmamalıdır” - Xamenei

“Tam hicab taxmayanlar dinsizlikdə ittiham olunmamalıdır” -
“İranın ali dini lideri Əli Xamenei bir saat davam edən iclasda, demək olar ki, yalnız qadınlar və hicab haqqında danışıb, lakin hicabın cəmiyyətdə necə tətbiq ediləcəyi ilə bağlı son fikrini söyləməkdən çəkinib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Iran İnternational”ın yaydığı məlumatda bildirilib.

Məlumata görə, Xamenei hicabın dini cəhətdən vacib olduğunu deyib, lakin əlavə edib ki, tam hicab taxmayanlar dinsizlikdə ittiham olunmamalıdır.
O, hicabı bütün müsəlman qadınların labüd vəzifəsi kimi xarakterizə edərək, eyni zamanda vurğulayıb ki, heç bir iranlı qadın öhdəliyi tam yerinə yetirməsə, ona qeyri-dindar və ya inqilab əleyhdarı damğası vurulmamalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...