Müğənni, aşıq, bərbər və dərzilərin də vergisi artırılıb - RƏQƏM

Müğənni, aşıq, bərbər və dərzilərin də vergisi artırılıb -
Məlum olduğu kimi yanvar ayının 1-dən etibarən ölkədə minimum əmək haqqı (MƏH) 15% artırılaraq 345 manata çatdırıldı.

Minimum əmək haqqının artımı həm də fərdi sahibkarlar üçün sosial vergi yükünün və icbari tibbi sığorta haqlarının artması deməkdir. Gununsesi.info -nun araşdırması zamanı yeni artımdan sonra toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətə görə 17,25 AZN, çəkməçi, pinəçi 10,35 AZN, fərdi qaydada bərbərlik və dərzilik fəaliyyəti ilə məşğul olan şəxslər isə aylıq 10,35 AZN dövlətə pul ödəməli olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...