Yasamalda silahlı şəxs banka girib pul tələb etdi

Yasamalda silahlı şəxs banka girib pul tələb etdi

Bakıda bank "yarmaq" istəyən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Bankda xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb.

***

"Qafqazinfo"nun məlumatına görə, sözügedən hücum "Bank Respublika"nın Yasamal rayonunda yerləşən filialına edilib.

Yasamalda silahlı şəxs banka girib pul tələb etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...