Bu gün şəhid olan hərbçimizin anası ötən il faciəvi şəkildə ölüb

Bu gün şəhid olan hərbçimizin anası ötən il faciəvi şəkildə ölüb
Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin anası ötən il faciəvi şəkildə dünyasını dəyişib.

Bizim.media xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin anası Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyevanı ötən il iyulun 18-də mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar vurub öldürüb.

Qeyd edək ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb, Orxan Elxan oğlu Novruzəlizadə isə şəhid olub. Şəhid hərbçimiz sabah doğulduğu Ağstafa rayonunun Vurğun kənd qəbiristanlığında dəfn ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...