Babayan Xankəndidə doğum səviyyəsini artırmaq üçün 100 gün vaxt istədi

Babayan Xankəndidə doğum səviyyəsini artırmaq üçün 100 gün vaxt istədi
Xəbər verdiyimiz kimi , Brüssel görüşünün nəticələri Xankəndidə yaşayan bir qrup erməninin etirazına səbəb olub.
Yeniavaz.com “Armenianreport” portalına istinadən xəbər verir ki, “Vətən Partiyası”nın rəhbəri Samvel Babayanın təşəbbüsü ilə keçirilən mitinq zamanı separatçı rejimin rəhbərliyinə bir sıra təkliflər verilib.
Mitinq iştirakçılarının əsas tələbi Samvel Babayanın “dövlət naziri" təyin olunması olub.
Mitinqdə çıxış edən Samvel Babayan isə bildirib ki, qısa müddətdə həyata keçirilməli olan 3 vacib məsələ var. Babayanın sözlərinə görə bunlar peşəkar ordunun qurulması, doğum səviyyəsinin artırılmasının stimullaşdırılması və pensiyaçıların problemlərinin həll edilməsidir.
Onun fikrincə, bunlar reallaşmasa, Xankəndidə yaşamaq mümkün olmayacaq: “Əgər biz bu problemləri həll edə bilməsək, Artsaxı (Qarabağ – red.) itirəcəyik”.
Babayan onu da əlavə edib ki, ona belə bir fürsət verilsə, yuxarıdakıları 100 günə reallaşdıracaq.
Qeyd edək ki, Samvel Babayan ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağda yaradılan “özünümüdafiə qüvvələrinin” komandiri olub. Faktiki olaraq separatçıların hərbi lideri olub və bütün hərbi əməliyyatlara bu şəxs başçılıq edib. Separatçı rejimin ilk “müdafiə naziri” olub. 1994-cü ildə imzalanan “Atəşkəs sazişi”ni də separatçıların adından Samvel Babayan imzalayıb. Sonradan, 2000-ci ildə separatçı rejimin rəhbəri Arkadi Quqasyana qarşı sui-qəsd etməkdə ittiham olunaraq həbs olunub və 4 il həbsxanada qalıb. Daha sonra "Daşnaksütyun Partiyası"nın Qarabağdakı nümayəndəsi kimi fəaliyyət göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...