Alimdən Emin Əmrullayevə cavab: “Professor müşavirinizdən az maaş alır“
Elm və təhsil naziri Emin Əmrullayev "Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu"nda çıxışına baxdım. Orda bir cümlə "nazir öz vəzifəsinin nə olduğunu bilirmi" sualını yaradır. Təsəvvür edin ölkənin elm və təhsilinə məsul şəxs deyir "elmlə məşğul olan insanları biz tanımırıq, görmürük". Bilirsiniz bu nəyə oxşayır? Mən dərs deyirəm, amma şagirdlərimi tanımıram.
Cənab Emin Əmrullayev, elmi görmək üçün elmlə maraqlanmaq lazımdır.
Keçək elmlə məşğul olan insanlara. Ömürlərini bu yola sərf edib, elmi atmayan insanları tanmaq üçün hansı addımlar atılmalıdır? Alim özü özünü tanıtmaq üçün nə etməlidir? Xüsusən ciddi alimlər mühüm əhəmiyyətə malik əsərlərini götürüb, TV kanallara gedib, onun reklam edilməsini xahiş etməlidirmi? Bəlkə bunun günahını alimdə yox, humanitar elmlərə təhsildə diqqətin verilməməsidir. Son illərdə Azərbaycanda humanitar və ictimai elmlərə verilən dərs yüklərinin saatları azalmaqla yanaşı, bu istiqamətdə olan bəzi sahələr sıradan hissə hissə çıxarılır. Səbəb də göstərilir ki, dünya artıq nanotexnologiyaya, robototexnikadangenomikaya, süni intellektdən gen terapiyasına qədər mövzulara önəm verir. Dəqiq elmlər dünyanın texniki mənzərəsini dəyişir və yeni-yeni texnologiyalar inkişaf etdikcə nəyə lazımdır humanitar və ictimai elmlər? Əlbətdə, dəqiq elmlər və qeyd etdiyim sahələr üzrə mütəxissislər çox önəmlidir. Bəs düşüncə? İdrak? İdeologiya? Kim yaradacaq bunları?
Yadınıza bir faktı salım. Dünya elm tarixində humanitar elmlər niyə "Azad sənət" adlandırıldığını bilirsinizmi? Romalıların dünyanın hər yerindən qulları var idi və onlardan bəziləri yunanlar kimi çox ağıllı idilər. Romalılar qullara hər cür praktiki fənləri öyrənməyə icazə verdilər: riyaziyyat, mühəndislik, memarlıq, musiqi. Ancaq yalnız Roma vətəndaşlarına - azad insanlara ritorika, ədəbiyyat, tarix, ilahiyyat və fəlsəfəni öyrənməyə icazə verilmişdi. Çünki bu mövzular inandırmaq sənəti ilə bağlıdır və romalılar qulların insanları ruhlandıracaq və onları üsyan və ya buna bənzər bir şey üçün birləşdirə biləcək arqumentlərlə öz fikirlərini ifadə etməyi öyrənmələrini istəmirdilər. Humanitar elmlər əqidə elmləridir və yalnız azad vətəndaşlar onları mənimsəməyə layiqdirlər. Bəs niyə cənab nazir humanitar sahələrə bu qədər təhsil sistemində yerin az verilməsi nə deməkdir? Düşüncə adamlarının olmaması, yoxsa nə?
Ətraflı
Keçək alimlərə, hazırda mən Milli Elmlər Akademiyasında çalışıram. Burda dünyanın bir çox mərkəzlərində tanınan alimlərin içərisində mən bir zərrəyəm. Hələ zərrə olaraq özümü barədə sual edim ki, bir neçə nüfuzlu jurnallarının redaksiya heyətinin üzvü, "Netflix" şirkətinin müraciət edərək məqaləsindən istifadə etdiyi, İrəvan, Qarabağ, soyqırım mövzularında nüfuzlu A kateqoriyalı jurnallarda məqalələri dərc edilən, Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi, Strasburq Universitetinin Türk tədqiqatları şöbəsinin müsbət rəyini alan, 23 kitab və 200 dən çox məqaləsi dərc edilən, hazırda ölkə mediasında onlarla araşdırması dərc edilən Zaur Əliyevi görməmək nə deməkdir? Əgər bir elm okeanında bir balaca ləpə olan məni görmürsünüzsə, nəhəng alimləri görməməyinizin günahı sizdədir, cənab nazir. Siz nə zaman Azərbaycanın tanınan alimləri ilə üz-üzə görüş keçirdiniz? Dinlədiniz, baxdınız, gördünüz? Axı elm və təhsildə islahatların paralel və əlaqəli şəkildə aparılması daha müsbət nəticə verər. İttiham etmək asandır, gəlib görüb tanış olmaq isə ondan da asandır.
Siz xaricdəki alimləri misal çəkirsiniz. Heç bilirsiniz, orda elə elmi mərkəz, elə ali məktəb var ki, büdcəsi Azərbaycan büdcəsinə bərabərdir? Biz alimlərin aldıqları əmək haqqından xəbəriniz var? Azərbaycanda elmlər doktoru, professorun əmək haqqı sizin müşavirin əmək haqqından da azdır. Belə əmək haqqı ilə biz alimlər hələ elmi atıb getməmişiksə, buna görə minnətdar olmalısınız.
Azərbaycan elmində alimlərin xalqımızın etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında apardıqları tədqiqatları görməniz üçün nə etmək lazımdır? Qarabağın işğalı dövründə və indi yenilənən və abadlaşan rayon və şəhərlərdə dağıdılan, yox edilən, gizlədilməyə cəhd edilən tarixi abidələrin, yerlərin müəyyən edilib, dünyaya çatırılmasında iş görən alimləri görməzdən gəlmək, tanımamaq nə deməkdir?
Siz Azərbaycanda elm və təhsilin birgə inkişaf konsepsiyasının reallaşdırılmasını, kadr hazırlığını genişləndirməyi, ali məktəblərdə elmin inkişafına şərait yaradılmasının önə çəkilməsi məsələsinə diqqət yetirmək əvəzinə durub onsuz da çətinlik içərisində olmalarına baxmayaraq, elmin inkişafı üçün əziyyət çəkən alimləri görmədiyinizi qeyd edirsiniz. Bu günün alimləri sizin rəhbərlik etdiyiniz təhsil sisteminin yetirməsidir. Ancaq gəlin görün bugünkü təhsil sabahın alimlərini yetişdirə biləcəkmi? Biz alimləri dəvət edib müzakirələr aparmaq əvəzinə, bizləri görmədiyinizi deyirsiniz. Biz olmasaq, sabah siz ölkədə heç bir gənc alim görməyəcəksiniz...
Zaur Aliyev, dosent
174 dəfə oxundu