Naxçıvanda istirahət mərkəzində platforma aşıb – Ölənlər var

Naxçıvanda istirahət mərkəzində platforma aşıb –
Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.
Yeniavaz.com “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Belə ki, ailənin 2 üzvü hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.
Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...