Baydeni yenə əməliyyat etdilər

Baydeni yenə əməliyyat etdilər
ABŞ-nin keçmiş prezidenti Co Bayden dərisindən xərçəng hüceyrələrini çıxarmaq üçün növbəti cərrahi əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı keçmiş dövlət başçısının mətbuat katibinə istinadla məlumat yayıb.
O, 82 yaşlı siyasətçinin dəri xərçənginin ən çox yayılmış formalarının müalicəsində istifadə olunan və Mos əməliyyatı kimi tanınan prosedurdan sonra sağaldığını bildirib.
Bu prosedur zamanı xərçəngli dəri toxumasının təbəqələri xərçəng hüceyrələri qalmayana qədər çıxarılır.
Baydenin mətbuat katibi keçmiş ABŞ liderinin dəqiq nə vaxt əməliyyat olunduğunu açıqlamayıb.
Digər tərəfdən, mayın 18-də Baydenin ofisi ona sümüklərinə yayılmış prostat xərçənginin aqressiv forması diaqnozu qoyulduğunu elan edib. Keçmiş prezidentin ofisinin məlumatına görə, diaqnoz Ağ Evin keçmiş rəhbərinin sidik ifrazı zamanı simptomlar barədə məlumat verməsindən sonra qoyulub.
Qeyd edək ki, Bayden 2023-cü ilin mart ayında bədxassəli dəri lezyonunu çıxarmaq üçün əməliyyat keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...