Putindən “rus ayısı” sözünə reaksiya: “Ayı, elə ayıdır...”

Putindən “rus ayısı” sözünə reaksiya:
Rusiya prezidenti Vladimir Putin Çin və Hindistanla ittifaqda “rus ayısı”nın yeri ilə bağlı suala zarafatla cavab verib.

“Yeni Sabah” xəbər verir ki, TASS-ın məlumatına görə, Şərq İqtisadi Forumunun plenar iclasında moderator Putinə Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə oturduğu yerdə bütün dünya mediasında yayılan fotonu xatırladıb. Foto simvolik olaraq “fil, əjdaha və ayı” sözləri ilə təsvir edilib.

"Bəs ümumiyyətlə ayı bu ittifaqda hansı yeri tutur?", -deyə moderator prezidentdən soruşub. pizza sifarişi

Putin suala zarafatla belə cavab verib: “Ayı elə ayıdır”.

Putin onu da vurğulayıb ki, ayı Rusiyanın simvoludur, lakin dünyanın ən böyük pələngi Ussuri pələngidir, yəni o da ruslara məxsusdur.

"Ayı, əlbəttə ki, Rusiyanın simvoludur, lakin - biz Uzaq Şərqdəyik - dünyanın ən böyük pələngi, yeri gəlmişkən, Ussuri pələngidir, rus pələngidir", – Putin deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...