Aydın Əliyev qəbul vaxtını dəyişdi

Aydın Əliyev qəbul vaxtını dəyişdi


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Cəlilabad şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul günü dəyişdirilərək martın 30-dan martın 4-nə keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, A.Əliyev martın 4-ü saat 11:00-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 3-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...