Yol Polisi sürücülərə təşəkkür etdi qəzalar xeyli azalıb

Yol Polisi sürücülərə təşəkkür etdi

Avropa Oyunları ilə əlaqədar respublika yollarında görülən təhlükəsizlik tədbirləri nəticəsində yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər azalıb.

Bunu Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Şöbə rəisi qeyd edib ki, təkcə may ayında respublika üzrə ölümlə nəticələnmiş qəzalarda ölənlərin sayı ötən ilin analolji dövrü ilə müqayisədə 50 fakt azalıb. Hələlik xəsarət alanlarla bağlı yekun statistika hazır olmasa da, əminliklə demək olar ki, onların sayında gözəçarpacaq dərəcədə azalma müşahidə olunub.

K.Əliyev Avropa Oyunları ilə əlaqədar yollardakı vəziyyət və nəqliyyatın hərəkəti ilə bağlı edilmiş müraciətlərə hörmətlə yanaşan sürücülərə, digər hərəkət iştirakçılarına Baş Dövlət Yol Polisi İdarəsi adından təşəkkür edib: “Biz müraciətlərə hörmətlə yanaşan, qayda-qanuna əməl edən bütün sürücülərimizə təşəkkür edirik. Bir daha əmin olduq ki, intizamlı sürücülərimizin sayı intizamsız sürücülərin sayından qat-qat yüksəkdir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...