Lələtəpəyə işıq çəkilir

Lələtəpəyə işıq çəkilir


“Azərişıq” ASC cəbhə bölgələrində yenidənqurma, əsaslı təmir-tikinti və bərpa işləri həyata keçirir.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib. 10 kV II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb.

Füzuli rayonunda 10 ədəd yarımstansiyada, 728 ədəd KTM-də yerli elektrik şəbəkə tərəfindən cari və profılaktik tədbirlər planları həyata keçirilib. Bundan başqa ərazidə 361 ədəd dayaq, 42000 metr naqıl, 130 ədəd izolyator dəyişdirilib.Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. “Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd ransformator məntəqəsi quraşdırılıb.

Həmçinin Ağdam, Tərtər, Naftalan, Qazax və Tovuz rayonlarında da analoji işlər görülüb.

Cəbrayil rayonunun aprel döyüşlərində azad edilmiş torpaqlarını və ətraf əraziləri, həmçinin hərbi obyektləri fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Cocuq Mərcanlı yarımstansiyasının tikilməsi planlaşdırılır.

Bununla yanaşı Cəbrayıl rayonu ərazisində yerləşən və ötən ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətlərinin çəkilməsi üçün prosesə başlanılıb. Artıq çətin və təhlükəli şərait olmağına baxmayaraq yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın müddətdə hava xətlərinin məftilləri də çəkiləcək.


Lələtəpəyə işıq çəkilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...