Qazaxda sahibkarlar üçün treninq keçirilib
Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularını əhatə edən treninqdə ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, innovativ texnologiyalar, biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat verilib.
Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
708 dəfə oxundu