Füzuli Ələkbərov cüdoçu qızlara cavab olaraq telefonu söndürdü

Füzuli Ələkbərov cüdoçu qızlara cavab olaraq telefonu söndürdü


Yenicə başa çatan I Avropa Oyunlarında Azərbaycan cüdoçuları uğursuz çıxışları ilə diqqət çəkib. Tatami üzərinə çıxan 18 cudoçumuzdan yalnız Orxan Səfərov uğur qazana bilib.

9 qadın və 9 kişi olmaqla 18 cudoçu arasında Orxan Səfərov gümüş medal qazanıb, digərləri uğursuzluğa düçar olublar..

GUNDEMİNFO.AZ yazır ki, uğursuzluqlarının səbəbləri haqda “Qafqazinfo”ya danışan seçmə komandanın qadın cüdoçuları Cüdo Federasiyanın ünvanına bir sıra ittihamlar səsləndirib, onlara diqqət göstərilmədiyi haqda iddialar irəli sürüblər.
Qadın idmançılar Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovun onlara diqqət göstərmədiyini, görüşmədiyini, oyunlardan əvvəl məşqlər üçün şəraitin yaradılmadığını, onlara pul ayrımadığını əsas gətirərək, uğursuzluqlarını ört-basdır etməyə çalışıblar.

Modern.az saytı səsləndirilən ittihamlara qarşı tərəfin münasibətini öyrənmək məqsədilə Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovla əlaqə saxlayıb. Telefon zəngimizə cavab verən F.Ələkbərov məsələ ilə bağlı sualımızı dinlədikdən sonra danışmaqdan imtina etdi və bunu bizi tanımaması ilə bağladı.
Sonra isə telefonu söndürdü.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...