AİB “Azərbaycan Dəmir Yolları”na 200 mln. dollarlıq kredit ayıra bilər

AİB “Azərbaycan Dəmir Yolları”na 200 mln. dollarlıq kredit ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” QSC-yə 200 mln. dollar məbləğində kredit ayıra bilər.

“APA-Economics” xəbər verir ki, bunu AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib. “Söhbət Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsindən gedir. Biz təkliflərimizi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə göndərmişik və onlardan cavab gözləyirik”, - deyə o bildirib.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran ası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş»ə qoşulub. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...