“Güclü külək proqnozu ilə əlaqədar bütün lazımi tədbirlər görülüb” -

“Güclü külək proqnozu ilə əlaqədar bütün lazımi tədbirlər görülüb” -


“Güclü külək proqnozu ilə əlaqədar bütün lazımi tədbirlər görülüb” -


Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki obyektlərində bütün zəruri tədbirlər görülüb, müvafiq təlimatlar verilib.

Bunu "Report"a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O qeyd edib ki, dənizdəki obyektlərlə əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib: “Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq. Tikinti, təmir, qazma və xidmət sahələrində işlər aparılmayacaq. Artıq bu sahələrdə çalışan əməkdaşların özüllərdən çıxarılmasına başlanılıb. Yalnız quyulara nəzarət işləri həyata keçiriləcək. Özüllərdə əlavə personal olmayacaq”, - deyə SOCAR-ın mətbuat xidmətinin rəhbəri əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...