Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər - FOTOLAR

Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər -


Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər

Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart-Azərbaycanlıların Soyqırımı Günə həsr olunmuş umumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları 31 mart-Azərbaycanlıların Soyqırımı Günə həsr olunmuş rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə bədnam erməni millətçiləri tərəfindən həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Bu siyasət planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. “Yazıq millət” pərdəsi arxasında tarixi torpaqlarımızda “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar.

Mərhələ-mərhələ gücləndirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Erməınistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvələrindən İrandan və Osmanlı imperyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-1907 ci illərdə çar Rusyasında baş vermiş inqilabi hadisələrdən istifadə edən ermənilərin Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı qırğınlar törətməsi, 1915-1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələrinin Bakıda və qəzalarda misli görunməmiş soyqırımı həyata keçirməsi, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusu təmin edilməsi, 1948-53-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan yüz minlərlə azərbaycanlıların deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

Bakıda Mart soyqırımı planı Erməni Milli Komitəsi və Daşnak- sutyun partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. O vaxt bolşevik-daşnak qüvvələrinin birləşdiyi və qəti şovinist Stepan Şaumiyanın başçılıq etdiyi Bakı sovetinin sərancamında əksəriyyət ermənilərdən ibarət 20 min nəfərilik silahlı quvvə var idi. Bu dəhşətli soyqırımını törətməklə Stepan Şaumyanın və onun ətrafında birləşmiş Andranik, Mikoyan, Saakyan, Lalayan, Hamazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinə dək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisinin boşaltmaq və həmin ərazilərdə tarixdə heç vaxt olmamış, “Böyük Ermənistan” dövləti yaratmaq.

XX əsrin əvvələrindən başlayaraq ermənilər təkcə bu gün Ermənistan adlanan ərazini deyil, əski Bakı Quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngazurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğnlar, talalanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata kecirmişlər.

Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkaranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, yüz minlərlə insanı torpaqlarından didərgin salmışlar. Təkcə 1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasının 86 kəndi yandırılıb, 7 minədək insan, o cumlədən 1653 nəfər qadın 965 nəfər uşaq gülələnib. Bakı quberniyasında 229, Gəncə Quberniyasında 272, Quba qəzasında 162, İrəvan quberniyasında 211, Qarabağın dağlıq hisəsində 157 kəndi, bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışlar. Zəngəzurda 115, Vedibasar mahalında 118. Zəngibasar mahalında 48 kənd, Şərurda 4 kənd yandırılmışdır.

1988-ci ildə erməni millətciləri xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağın guclə Ermənistana birləşdirilməsi məqsədini güdən açıq fəaliyyətə keçdilər və az sonra hərbi əməliyyatlara başlayaraq 1988-ci ildə etnik təmizləməni başa çatdırdılar. 1992-ci ilin fevralında erməni cəlladları tərəfindən Qaradağlı və əsrin faciəsi olan Xocalı soyqırımı törədildi. Xocalı faciəsi insanlığa qarşı çevirilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktlarından biri kimi tarixdə qalacaqdır. İç dünyası ekstremizim separatizim mənbəyi olan bu çirkin xislətli millət 1988-1993-cü illərdə Dağlıq Qarabağla birlikdə 7 rayonumuzu işğala məruz qoymuş, ərazimizin 20 faizini işğal etmiş, 1 milyondan çox insan öz yurdundan didərgin salınmış, 18 min azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox insan əsir və itgin düşmüş, 877 şəhər və kənd qarət edilmiş, 650 məktəb və uşaq baxcası, 250 xəstəxana və tibb müəsisəsi dağıdılmış, viran qoyulmuşdur. Erməni uldurları tərəfindən respublikamıza 60 milyard ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdur. Bütün bunların nətricəsində təkcə 20-ci yüz illikdə 20 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin təsirinə məruz qalmışdır.
Yalnız 1998-ci il martın 26-da ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə Martın 31-nin Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi qeyd olunması təsdiqlənmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, tarix heç nəyi unutmur. Qəddar düşmənimiz olan ermənilər tərəfindən törədilmiş qanlı faciələr heç vaxt unudulmayacaqdır. Vaxt gələcək haqq-ədalət bərqərar olacaq, Azərbaycanın illərlə çörəyini yeyən, havasını udan, suyunu içən, nankor ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, YAP rayon təşkilatının baş məsləhətçisi Eldar Əsədov, şəhər 5 saylı tam orta məktəbin ikinci sinif şagirdi Aysel Əliyev çıxış etmişlər. Onlar Azərbaycanın bir qarış torpağının belə düşmənin işğalı altında qalmayacağına inandıqlarını, Azərbaycan xalqının soyqırım qurbanlarının xatirəsini unutmayacağını bildirmişlər.

Sonra tədbir iştirakçıları şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.


Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər -
Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər -
Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər -
Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər -
Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanlarını yad etdilər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...