“Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin”

“Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin”


“Sovetski”dəki məscid gərginliyi parlamentdə müzakirə olundu - çağırışlar

“Azərbaycanda 2500-ə yaxın məscid fəaliyyət göstərir. Heydər Əliyev Məcsidi təkcə Cənubi Qafqazda deyil, əksər müsəlman ölkələrində ən müasir, yüksək arxitektiraya malik məsciddir”. Deputat, İctimai birliklər və dini qurumlar komitəsininsədri Siyavuş Novruzov “Sovetski” adlanan ərazidəki Hacı Cavad məscidi ətrafında baş verənlərə münasibəti zamanı belə söylədi. Dediyinə görə, məscidin funksiyası o deyil ki, insanlar ora toplaşıb nələrisə müzakirə etsinlər. “Bu il İslam Həmrəyliyi ili elan olunub, ona görə də aranı qarışdırmaq istəyən qüvvələr var. Ona görə də biz ayıq-sayıq yanaşmalıyıq. Hörmətli jurnalistlərimiz də diqqətli olmalıdır. Ondan 50-100 metr aşağıda Təzəpir məscidi var, get, orda namazını qıl. Yaxud bir az o tərəfdə İmam Hüseyn məscidi fəaliyyət göstərir”-S.Novruzov bildirdi.

Deputat Fazil Mustafa mətbuatı diqqətli olmağa çağırdı: “Son günlər Yasamaldakı “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ gündəmə gəldi. Sonra məlum oldu ki, məscid hüquqi şəxs kimi qeydiyyatdan keçməyib. Belə bir rəy yaradılmağa çalışıldı ki, guya dövlət tərəfindən məscidlərə qarşı guya təzyiq olması barədə görüntü yaratmağa çalışırlar. Guya dövlət tərəfindən məscidlərə qarşı təzyiq var. Amma prezident tapşırıq verib ki, məscid üçün daha yaxşı yer seçilsin”. F.Mustafa jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında yaranan mübahisəyə də münasibət bildirdi: “Bizdən də bu barədə rəy soruşuldu. Mən həmin videoya baxdım. Orada icra başçısı jurnalistə normal şəkildə deyir ki, məsələyə aydınlıq gətirilsin, məlumat veriləcək. Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq azadlığı yox. O videonu biz də izlədik, orada icra başçısı jurnalistə sillə vurmur. Yasamalın icra başçısı qıza sillə vurası adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”.

Deputat Qüdrət Həsənquliyev isə Mətbuat Şurasını jurnalistlər üçün treninqlər keçirməyə çağırdı. O da icra başçısı ilə jurnalist arasında yaranmış olayda ikinci tərəfin haqlı olmadığını vurğuladı. Eyni zamanda mühüm tədbirlər ərəfəsində gərginlik yaratmaq istəyən qüvvələrlə bağlı ciddi tədbir görməyi zəruri saydı: “Hesab edirəm ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxsləri Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin. Bu məsələ araşdırılmalıdır. Nardaran hadisələri zamanı da bu kimi halların şahidi olduq və sonda hadisələr qanlı hadisələrlə bitdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...