Qardaşını itirən qızdan Bulvarda DƏHŞƏTLİ ƏMƏL

Qardaşını itirən qızdan Bulvarda


Bakının Dənizkənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq boğulmaq təhlükəsi ilə üzləşən vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:00-da başa çatıb.

Neftçilər prospekti 133 ünvanının yaxınlığında - Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin qarşısında özünü dənizə atan qadının 1998-ci il təvəllüdlü Şıxəliyeva Rəna Adil qızı olması müəyyən edilib. FHN-in xilasediciləri tərəfindən sudan çıxarılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şıxəliyevanın qardaşı bir neçə gün əvvəl vəfat edib. Bundan sonra o, dərin psixoloji sarsıntı keçirib. Bu səbəbdən də o, özünü bulvarda dənizə ataraq həyatına son qoymaq istəyib.(lent.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...