Türkiyənin çay plantasiyalarında işləyən azərbaycanlılar...

Türkiyənin çay plantasiyalarında işləyən azərbaycanlılar...

Türkiyənin çay plantasiyalarında özlərinə iş tapanların böyük əksəriyyəti azərbaycanlılardır. May ayında qonşu ölkəyə gedib sentyabrda dönən mövsümi işçilər bir neçə ay ərzində çay yığımından 3-4 min dollara qədər gəlir əldə edirlər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rizə Ticarət Birjasının rəhbəri Mehmet Ərdoğan mətbuata açıqlamasında bildirib.


Onun sözlərinə görə, çay istehsalçıları çay yarpaqlarını taplamaq üçün işçi tapa bilmədiklərindən qonşu ölkələrə üz tuturlar. Bu işçilərin gündəlik qazancı 80-140 türk lirəsi aralığındadır.

M. Ərdoğan qeyd edib ki, Türkiyədə işsizliyin artmasına rəğmən bir çox işlərdə işçi qıtlığı yaşanır. Hər il çay istehsalında yerli işçi problemi yaşandığından təxminən 120-130 milyon dollar ölkədən xaricə axır:

“Çay toplamağa işçi tapa bilmirik. Keçən il 30 mindən çox insan çay sektorunda, tarlada, yük daşıma işlərində işləyib. May ayında gəlib sentyabr ayında geri dönən əcnəbilər ümumilikdə 3-4 min dollar qazanırlar. Bunlar xüsusən də Gürcüstan və Azərbaycandan gələnlərdir”, - deyə M. Ərdoğan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...