Saatlıda daha bir yeraltı təkan qeydə alınıb

Saatlıda daha bir yeraltı təkan qeydə alınıb
Saatlı rayonu ərazisində daha bir yeraltı təkan qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 10.50-də baş verib.

Maqnitudası 3.3 olan, 46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.


Qeyd edək ki, bu gün saat 07:24-də də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.


Yeraltı təkanın maqnitudası 5.3, dərinliyi 39 km olub.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...