Müəllimə harda vəfat edib, imtahanda, yoxsa dərsdə? - Açıqlama

Müəllimə harda vəfat edib, imtahanda, yoxsa dərsdə? -


Xəbər verdiyimiz kimi, Qax rayonunda 51 yaşlı müəllimə Gülxar Qazıyeva insultdan vəfat edib. Əvvəlcə müəllimənin dərs zamanı halı pisləşdiyi bildirilsə də, sonrada mediada diaqnostik qiymətləndirilmə imtahanında həyəcandan vəziyyətinin dəyişdiyi barədə xəbər yayılıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Qax rayon Təhsil Şöbəsi İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova ilə əlaqə saxlayıb. G. Mahmudova bildirib ki, müəllimə 10 ilə yaxındır ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi və həqiqətən də dərs zamanı dünyasını dəyişib:

“Gülxar Qazıyevanın imtahan günü hələ sabahdır - mayın 13-ü. Ancaq müəllimənin halı dünən məktəbdə pisləşib, xəstəxanaya aparılıb. Riyaziyyat fənnini tədris edirdi. Hamı bilirdi ki, illərdir, yüksək qan təzyiqindən əziyyət çəkir. Ölümünün imtahanla heç bir əlaqəsi yoxdur. Mediada soyadı da yanlış gedib. Babayeva onun ata soyadıdır, sənəddə Qazıyevadır”.

Təhsil Nazirliyinin rəsmi saytında Gülxar Qazıyevanın şəxsi kabineti:


Müəllimə harda vəfat edib, imtahanda, yoxsa dərsdə? -
Müəllimə harda vəfat edib, imtahanda, yoxsa dərsdə? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...