"Dollar 2 manat olacaq" - deputatdan proqnoz

"Dollar 2 manat olacaq" -


Millət vəkili Vahid Əhmədov manatın ucuzlaşacağı ilə bağlı verdiyi proqnozunu bir daha qeyd edib.

Millət vəkilinin sözlərinə görə, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb. Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub.

Sentyabr ayından sonra bunu etmək daha çətin olacaq:

"Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək. Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə 2017-ci il ağır ildir. Ona görə ki, müəyyən istehsal sahələri yaradılır, kənd təsərrüfatına sərmayələr qoyulur. Bunların bəhrəsini isə 2018-2019-cü illərdə görəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...