Futbol yarışında ilk yarımfinalçılar müəyyənləşib - İslamiada

Futbol yarışında ilk yarımfinalçılar müəyyənləşib -


"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışında ilk yarımfinalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, bu, B qrupunda bu gün keçirilən 3-cü turun görüşlərindən sonra məlum olub. Türkiyə millisi Fələstinə 4:3 hesabı ilə qalib gəlib. Bu nəticədən yararlanan Oman yığması Əlcəzairlə 1:1 hesablı heç-heçə edərək, 4 xalla qrup ikincisi olub. Əlcəzair isə 7 xalla qrupu ilk pillədə tamamlayıb. İlk qələbəsini qazanan Türkiyə 3 xalla 3-cü, Fələstin isə 1 xalla sonuncu yeri tutub.

Yarımfinal mərhələsində Əlcəzair və Omanın rəqibləri saat 18:00-da başlanacaq Azərbaycan - Mərakeş və Səudiyyə Ərəbistanı - Kamerun görüşlərinin nəticəsinə əsas müəyyənləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...