Quran kursları ilə bağlı RƏSMİ xəbərdarlıq

Quran kursları ilə bağlı RƏSMİ xəbərdarlıq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz Quran kursları ilə bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, M.Qurbanlı bildirib ki, dövlət Quran kurslarının olmasına etiraz etmir: "Lakin Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz”.

M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar:

"Quran kursu adı altında heç bir səlahiyyəti olmayan adam gəncləri hansısa radikal qrupa yönəldə bilər. Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...