Azərbaycanda şadlıq sarayında bəyi əqrəb sancdı

Azərbaycanda şadlıq sarayında bəyi əqrəb sancdı

Şirvan şəhər sakinini əqrəb sancıb. Gundeminfo.az apa-ya istinadən məlumatına görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib.

Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni anda başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncuya da yardım edildikdən sonra evə buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...