İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… –
Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun Qafur Məmmədov parkında, eləcə də rayonun digər ərazilərində qanunsuz tikililərə “yaşıl işıq” yandırdığı, bu yolla milyonlarla manat məbləğində sərvətə sahibləndiyindən ölkə mediasında bəhs olunub. Nə qədər inanlmaz səslənsə də, İlham Məmmədov onun barəsində mediada yer alan hər bir tənqidi pula çevirməyin, bu tənqidlərdən qazanclı çıxmağın yolunu tapıb. Belə ki, Qafur Məmmədov parkında törətdiyi “yaşıl soyqırımın”dan, buradakı qanunsuz tikililər üçün şərait yaratmasından sonra media tərəfindən haqlı olaraq tənqid edilən İlham Məmmədov Azərbaycan tarixində misli-bərabəri olmayan üsula əl atıb.

Bu barədə “Yeni Gundem”-ə göndərilən məqalədə bildirilib.

İlham Məmmədov: “Sizə görə adım niyə hallanmalıdır ki?”

Medianın tənqidindən nəticə çıxarmaq, etdiyi qanunsuzluqlara son qoymaq əvəzinə iş adamlarına qarşı hücuma keçən İlham Məmmədov, onlardan külli miqdarda əlavə pul tələb edib. İlham Məmmədov bildirib ki, medianın onu hədəf seçməsinin “günahı” məhz iş adamlarıdır. İlham Məmmədov iddia edib ki, iş adamlarının tikinti prosesini lazımı sürətlə həyata keçirməməsi, “hədisz ləngliyi”, “informasiya məxfiliyinə” gərəyincə əməl etməməsi, tikinti prosesini gecə deyil, gündüz saatlarında – “hamının gözü önündə” həyata keçirməsi onu medianın hədəfinə çevirib. Elə bu səbəbdən də İlham Məmmədov iş adamlarından əlavə vəsait ödəməsini tələb edib. O, bildirib ki, tikinti prosesinin davam etməsi üçün “bəzi yoldaşların” marağı təmin olunmalıdır. İcra yetkilisi bildirib ki, ödəniləcək vəsait yalnız ona deyil, mediada adı hallanan digər yetlkililərə – Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini Rüstəm Şahbazova çatacaq. İlham Məmmədov bildirib ki, bu şəxslərin hər biri razı salınmasa, o zaman qanunsuz tikililərin başa çatdırılması mümkün olmayacaq.

“Yaxşılığımın əvəzini belə çıxırsınız?”

Habelə, İlham Məmmədov qeyd edib ki, əgər iş adamları bundan sonra da onlara “yaxşılıq edən” şəxsi, yəni onu pis vəziyyətdə qoysa, o zaman tikintilərin sökülməsi məsələsini qaldıracaq, “hər şeyə son qoyacaq”.

İlham Məmmədovun eyni iş üçün iki dəfə pul tələb etməsi, iş adamları tərəfindən ciddi narazılıqla qarşılansa da, hələlik Vüqar Zeynalovun sevimli kadrı olan İlham Məmmədova açıq etiraz edən yoxdur. İş adamları hesab edir ki, tikililərin sökülməsi onları maddi baxımdan daha böyük zərər sala bilər. Bu səbəbdən də onların İlham Məmmədovun qanunsuz tələbini gec-tez qəbul edəcəyi ehtimal olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...