7 ağaca görə 2 min cərimə

7 ağaca görə 2 min cərimə

İcazəsiz ağac kəsən rayon sakini 2890 manat cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə tətbiq olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...