Respublika stadionunun arxasında 19 ağac yandırılıb

Respublika stadionunun arxasında 19 ağac yandırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonunun Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Qurumdan APA-ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı təxminən 600-700 m2 yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 ayland) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...