“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? –
Vətəndaş Rübabə Əliyeva “Azərbaycan Beynəlxalq Bankı” ilə “Rabitəbank”ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi özü yazıb və hüquqşünaslardan kömək istəyib. O bildirib ki, “Rabitəbank”dakı hesabından onun xəbəri olmadan pulu çəkilib:

“Mənim xəbərim olmadan “Azərbaycan Beynəlxalq Bank”ı 26 mart 00:56-da 10 min kredit ayırıb. Sonra mənim şəxsi vəsaitim olan “Rabitə Bank”dan pulum çəkilib. Bu barədə hər yerə yazmışam. Ancaq heç bir nəticə yoxdur. ABB deyir pulu ödəyin. Nə üz skaneri, nə video görüntü olmayıb. “Rabitəbank”a dəfələrlə müraciət etmişəm. Özləri də təsdiq edib ki, 3D kodu mənə göndərməyiblər. Sonra da dedilər bizdə görünmür, amma Azərkart deyir, mesaj gəlib. Deyirlər, bunu xakerlər edib, polisə müraciət edin”.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...