Ən böyük arzusu Miri Yusifi görmək idi - Görüşdü və dünyasını dəyişdi...

Ən böyük arzusu Miri Yusifi görmək idi -
Bir neçə gündür, sosial şəbəkələrdə müğənni Miri Yusif və Röyanı görmək arzusuyla gündəmə gələn, beyin iflicindən əziyyət çəkən Vəli Vəliyev bu gün dünyasını dəyişib.

BakuPost.az xəbər verir ki, bu barədə V. Vəliyevin yaxınları məlumat yayıb.

Qeyd edək ki, V. Vəliyevin 23 yaşı var idi.

Mərhumun beyin iflicindən əziyyət çəkən qardaşı var. Hazırda Fərid Vəliyevin reabilitasiya mərkəzinə köçürülməsi üçün yardım toplanılır.

Xatırladaq ki, Vəli və Fərid Vəliyevlər sosial şəbəkələrdə ən böyük arzuları olan müğənni Miri Yusif, Röya və aktyor İlkin Misgərlini görmək istəmələri ilə məşhurlaşıblar. Miri Yusif və İlkin Misgərli dünən ailəyə baş çəkərək, onların arzularını reallaşdırıblar.

Ən böyük arzusu Miri Yusifi görmək idi -
Ən böyük arzusu Miri Yusifi görmək idi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...