İlhamə Quliyeva: "Nazpərinin villasını sökdürəcəyəm" MÜSAHİBƏ
Xalq artisti İlhamə Quliyeva ölkə.az saytına müsahibə verib.
GUNDEMİNFO.AZ həmin müsahibəni ixtisarla təqdim edir.
- Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?
- Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.
- Yerdə qalan 15 min manatı bağışlamağınız mümkün deyil?
- Onun kimi adamlara bir qəpik də bağışlamaram. Bir adamın canını almaq istəyirsənsə, onun əlindən pulunu al. O, bir parça dilini rahat qoysaydı, bu məsələlər də ortaya çıxmazdı. Nə onu, nə Floranı bağışlamıram. Günahları var, cərimələri var, qəpiyinədək alacağam. Nazpəri bütün məhkəmə instansiyalarını uduzub. Bu adam Ali Məhkəmənin qərarını saymır. O, nə karədir ki, Azərbaycanda yaşaya-yaşaya dövlətin qanunlarını saymır? Məgər, bu ölkədə dərəbəylikdir? Necə olur ki, Novxanıda üçmərətəbli bağ tikdirə bilir? Pulu yoxdursa, necə tikdirir? Hansı məşuqu o bağı tikdirirsə, cəriməni də o ödəsin. Qurtardı.
- Bəlkə barışıq...
- (sözümü kəsir - İ.V) Bu qədər söz-söhbətdənsə, alçalmaqdansa, gətirib pulu ödəsin. Məşuqu Sakit adlı adamdır. Əgər məşuqu o pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm. İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm.
- İlhamə xanım, mən bilən Nazpəri Dostəliyevanın villası var idi.
- Hazırda o villada tikinti gedir. O villanı sökdürəcəyəm. Çünki həmin villa Nazpəriyə qanunsuz tikilir.
1599 dəfə oxundu