"Kreditə ev almaqla, maşın sürməklə ulduzluq olmur" xalq artistinin qızı

"Kreditə ev almaqla, maşın sürməklə ulduzluq olmur"

Xalq artisti Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova şou-bizneslə bağlı sərt açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan ifaçı Azərbaycanda “ulduz” olmadığını iddia edib:

“Kreditə ev almaqla, maşın sürməklə ulduzluq olmur. Ulduz Madonnadır, Cennifer Lopesdir. Jey Lo gedib məclisdə “Toyun mübarək olsun” oxumaqla pul qazanmır. Düzdür, kreditə maşın sürmək eyib deyil. Mənim də avtomobilim kreditdədir. Bəziləri iddia edir ki, avtomobilim kredit deyil. Amma gedib görmüşəm ki, maşınları bankdadır. Bizdə deyirlər yalnız estrada ifaçıları ulduzdur. Soyunub, ortalıqda oynamaqla ulduz olmur. Aygün Bəylər gözəl oxuyandır. Amma səhnəyə cins şalvarla çıxır deyə, ona ulduz demək olmaz?”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...