Xoşqədəm Hidayətqızı ANS-də yeni layihə hazırlayır

Xoşqədəm Hidayətqızı ANS-də yeni layihə hazırlayır

GUNDEMİNFO.AZ axşam.az-a istinadən xəbər verir ki, aparıcı həftəiçi beş gün yeni verilişlə efirə çıxacaq. Onun sözlərinə görə, gündəlik efir “Xoşqədəmlə axtarıram səni”nin təfərrüatları ilə bağlı olacaq: "Həftənin bazar günü yayımlanan verilişimiz də olduğu kimi yerində qalır. Yeni layihənin adını isə hələlik açıqlamaq istəmirəm”. X.Hidayətqızı "Axtarıram səni"nin ilk buraxılışından razı qalmadığını etiraf edib: “Düzdür, reytinq yüksək oldu. Amma heç də ürəyimcə veriliş alınmadı. Çünki arxivimiz yox idi. Verilişi cəmi 1 həftəyə hazırladıq. Komandamız gecə-gündüz işlədi. Mənim üçün keçmişdəki söz-söhbətlər bitdi. Hər kəsdən xahiş edirəm ki, ötüb gedənlərlə bağlı mənə heç bir sual verməsinlər".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...