"Bezmişəm, özümü öldürmək istəyirəm" - Əli Mirəliyevdən intihar anonsu

"Bezmişəm, özümü öldürmək istəyirəm" -


"Mən qələt edib, başımı daşdan-daşa vurub, onların ünvanına o sözü demişəm. "

Bu sözləri müğənni Əli Mirəliyev mətbuatda onun Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev kimi sənətçiləri "gey" adlandırması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. Əli Mirəliyev artıq haqqında çıxan yalan xəbərlərdən cana doyduğunu və intihar etmək istədiyini qeyd edib: “Vallah, deməmişəm, yalan yazıblar. Mən bezmişəm, özümü öldürmək istəyirəm. Bəsdir də... Mən Rəşid Behbudova necə o sözü deyə bilərəm axı?! Tolik, Nadir mənim dostlarımdır. Ayıb deyilmi yalandan mənə şər atırsınız? Cinsi orientasiya hər kəsin şəxsi işidir və mən şəxsi işə qarışmıram”.

Xatırladaq ki, "Mir.az" saytında Əli Mirəliyevin Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev, Nadir Qafarzadə və Toliki gey adlandırması ilə bağlı xəbər dərc olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...