“Qadın kimi xoşbəxt deyiləm“ - Məleykə Əsədova

“Qadın kimi xoşbəxt deyiləm“ -


Xalq artisti Məleykə Əsədova “Sənətsevər” verilişinin qonağı olub. Anasından danışan aktrisa göz yaşlarını saxlaya bilməyib:

“Dərdimi hələ də anamla danışıram. Tez-tez qəbrini ziyarət edirəm, dərdimi deyirəm. Onu itirməyim payız aylarına təsadüf etmişdi. Ona görə də mən bu fəsli sevmirəm. Çox duyğusal oluram. Qızımla da hərdən dərdləşirəm. Gülərin adını anam qoymuşdu. Allahın mənə bəxş etdiklərindən razıyam. Amma deyim ki, qadın kimi tam xoşbəxt deyiləm. Həyatda sevincli günlərim barmaqla sayılacaq qədər azdır. Tək qalmaqdan qorxuram. Anamı itirəndə özümə qapılmışdım. Həmin anları yenidən yaşamaq istəmirəm".(axşam.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...